"8 mart" - Qadınlar günü - RƏSM MÜSABİQƏSİ!!!

“8 MART” övladınızdan SİZƏ hədiyyə - onlayn rəsm müsabiqəsi!

 

8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyd edilən ən sevilən bayramlardandır. Övladın anaya kiçik hədiyyə verməsi yəqin ki, hər bir anaya çox böyük sevinc bəxş edər. Bu bayramda daha çox ananın sevinməsi üçün VALİDEYN.AZ portalı 4-10 yaşlı uşaqlar arasında RƏSM MÜSABİQƏSİ elan edir. Övladınıza yardımçı olun ki, bu bayramda sizi sevindirsin. Atalar da bu bayramda fəal iştirak edib, övladları ilə birlikdə anaları sevindirə bilərlər.

 

İştirak şərtləri:

Müsabiqədə 4-10 yaşlı hər bir uşaq iştirak edə bilər. Qarşıdan gələn bayram barədə övladınızla söhbət edin. Ona qadınların ailədə, cəmiyyətdə olan rolundan danışın. Bu bayramla bağlı qadınlara sevinc bəxş etməyin ən qısa yolunun hədiyyə olmasını başa salın. Bu söhbətdə sonra “hədiyyə” – (yəni rəsm) hazırlamağa başlaya bilərsiniz. Övladınızın çəkdiyi rəsmin telefon və ya planşetlə fotosunu çəkin. MÜSABİQƏLƏR bölməsində qeydiyyatdan keçin və yerləşdirin.

Rəsmlərin təqdim edilməsi üçün son gün: 07 mart, 2016-cı il.

Qaliblərin seçilməsi:

Müsabiqəyə təqdim edilmiş hər bir rəsm valideyn.az portalında yerləşdirilir. Rəsmlər portalın oxucuları tərəfindən qiymətləndirilir. Bunun üçün hər bir rəsmin aşağısında yerləşdirilən  “ulduzlar”dan istifadə olunur. Daha çox ulduz almış rəsmlər müsabiqənin qalibi elan olunacaq. Qaliblərin adları 8 mart, 2016-cı il tarixində valideyn.az portalında elan ediləcək.

Şəkillərə olan tələblər:

Bu müsabiqə aşağı yaşlı uşaqları həvəsləndirmək və onlarda yaradıcı təfəkkürü artırmaq məqsədi daşıyır. Unutmayın, hər bir uşaq istedadlıdır, sadəcə bu istedadı üzə çıxarmaq və övladınızı dəstəkləmək lazımdır.

Fəal olun və müsabiqədə iştirak edin!

   

Müsabiqə başlama tarixi : 02.03.2016
Müsabiqə bitmə tarixi : 07.03.2016

Müsabiqədə iştirak edənlər

ŞƏRHLƏR