Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam əsasında həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu tarixin seçilməsinin xüsusi əhəmiyyəti var. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib və bu qərarda qeyd edib ki, "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

Bayrağımız qürur mənbəyimizdir. 

 

09.11.2015

ŞƏRHLƏR