"Mənim Xoşbəxt Ailəm" mövzusunda fotoşəkil müsabiqəsi

"Mənim Xoşbəxt Ailəm" mövzusunda fotoşəkil müsabiqəsi
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Valideyn.az portalı "Sağlam Ailə" Tibb Mərkəzi ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar "Mənim Xoşbəxt Ailəm" mövzusunda fotoşəkil müsabiqəsi keçirir.

Müsabiqədə iştirak qaydaları:

- İştirakçı peşəkar və həvəskar fotoqraf ola bilər;

- Müsabiqəyə ailəvi çəkilmiş fotoşəkillər qəbul edilir;

- Müsabiqəyə orijinal (üstü yazılmadan, montaj olunmadan) fotoşəkillər təqdim edilməlidir;

- Fotoşəkil rəngli və ya ağ qara ola bilər;

- Hər iştirakçı yalnız 1 fotoşəkil ilə müsabiqəyə qatıla bilər;

- Fotoşəkillər keyfiyyətli olmalıdır;

- Fotoşəkil, iştirakçı haqqında qısa məlumat (soyadı, adı və ailə üzvləri, elektron poçt ünvanı və əlaqə telefonu) göstərilməklə, 1 nüsxədə təqdim olunmalıdır;


- Meyyarlara uyğun fotoşəkillər seçilərək "Sağlam Ailə" Tibb Mərkəzinin facebook və instagram səhifəsində yerləşdiriləcək. Ən çox bəyəni (like) toplayan fotoşəkillər 3 yer üzrə tərəfdaşlar tərəfindən mükafatlandırılacaqdır. Fotoşəkillər 25.05.2016 tarixinədək musabiqe@saglamaile.az elektron poçt ünvanına göndərilməlidir.

Mükafatlandırma mərasimi zamanı əlavə olaraq 1 qalib münsiflər tərəfindən seçiləcəkdir.

02.05.2016

ŞƏRHLƏR