Övladınızla ünsiyyətdə mühüm faktor

Övladınızla ünsiyyətdə mühüm faktor
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Uşaqlar ətrafdakı insanlara və hadisələrə qarşı siz düşündüyünüzdən daha çox həssasdırlar. Övladınız sizin davanışınızdan və ona qarşı münasibətinizdən sözlə ifadə etmədiyiniz məqamları mahirliklə sezə bilir. Bu səbəbdən onunla söhbət edərkən bədən dilinizə diqqət edin. Övladınızla ünsiyyət zamanı göz kontaktı qurmağa çalışın. Diqqətinizi onun danışdığı mövzuya yönəldin. Bəzi məqamlarla bağlı suallar verməklə, başınızı təsdiqləyici, yaxud inkar edici formada hərəkət etdirməklə övladınıza həqiqətən ünsiyətə cəlb olunduğunuzu bildirmiş olacaqsınız.

Özünüzü dinləyirmiş kimi göstərib eşitməzlikdən gəlsəniz o bunu hiss edəcək. Nəticədə övladınızda sizin ona qarşı olan hissləriniz, diqqətiniz və marağınızla bağlı ciddi şübhələr yarana bilər. Bu isə öz növbəsində özünə qapanmaya, hisslərindən utanmağa və digər neqativ hallara gətirib çıxara bilər.

Övladınıza sərf etdiyiniz hər bir dəqiqə artıqlaması ilə bəhrəsini verəcək. Odur ki, dəyərli vaxtınızı onunla bol ünsiyyət qurmaqla keçirməkdən çəkinməyin.

Gündəliyə qeyd: Övladınızdan davamlı olaraq tamam və yarım saatları soruşun.

Qeyd : Bu məlumat 2-ci sinif üçün nəzərdə tutulub.

19.10.2015

2-ci sinif Təhsil,Sağlamlıq

ŞƏRHLƏR