Niyə? Nə üçün?

Niyə? Nə üçün?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınıza hərəkətin səbəbi ilə tanış etməyin tam zamanıdır. Gündəlik məşğuliyyətlərinizi onun üçün təlim vasitəsinə çevirin. Məsələn, ayaqqabımızı geyindik- mağazaya gedəcəyik, yemək bişiririk- yemək yeyəcəyik,  qapının zəngi çalındı- qapını açacağıq və sairə. Bununla siz övladınızda ətrafda baş verən hadisələrin səbəbsiz olmadığını göstərəcəksiniz. Onunla bu şəkildə daim ünsiyyətdə olmağınız onun inkişaf edən nitqi üçün əvəzsiz təkan olacaq.

Gündəliyə qeyd: Övladınızın sevimli mahnılarını birlikdə dinləyin. Hərəkətlərinizlə mahnının sözlərini təsvir etməyə çalıın. Tezliklə baıacanızın sizi necə məharətlə təkrarladığına valeh olacaqsınız.

Qeyd : Bu məlumat Balacalar (1 - 3) yaş üçün nəzərdə tutulub.

22.10.2015

Balacalar (1 - 3) yaş Təhsil,Sağlamlıq

ŞƏRHLƏR