Həmişə təmizlikdə!

Həmişə təmizlikdə!
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Körpənizi çimizdirmək ərəfəsində həyəcanlı ola bilərsiniz. Lakin bir neçə əsas gigiyena və təhlükəsizlik qaydasına riayət etməklə siz bu təcrübəni hər ikiniz üçün gözəl anlara çevirə bilərsiniz. Beləliklə,

  • Körpəniz üçün nəzərdə tutduğunuz vannaya su tökün. Hər dəfə isti yaxud soyuq su əlavə edərkən əlinizlə suyu qarışdırın ki, vannanın bütün səthi üzrə suyun temperaturu eyni olsun. Körpənizi çimizdirmək üçün münasib temperatur 37°-38°C hesab olunur. Bunu xüsusi su termometrləri ilə ölçə bilərsiniz;
  • Körpəniz bədən temperaturunu hələ tam tənzimləyə bilmir. Sudan çıxarkən o bədəninin istiliyini çox tez bir zamanda itirə bilər. Bu səbəbdəb otağın temperaturunun isti olmasından əmin olun;
  • Körpənizi heç bir halda vannada nəzarətsiz qoymayın. Bir anlıq diqqətsizlik və çox dayaz su belə faciəli hadisəyə səbəb ola bilər. Çimizdirərkən və çimizdirdikdən sonra sizə lazım olacaq bütün ləvazimatları öncədən hazır qoyun;
  • Xüsusi vanna torlarından, yaxud oturacaqlarından istifadə etməklə hər iki əlinizi şirin balanızın qulluğunda hazır saxlaya bilərsiniz;
  • Körpənizin həssas dərisini qoruyacaq xüsusi təmizləyici vasitələrdən istifadə edin.

İlk aylar körpənizi həftədə 2-3 dəfə, növbəti aylar isə hər gün (saçlarlnl həftədə 1-2 dəfə yumağınız kifayətdir) çimizdirə bilərsiniz. 

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

26.10.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR