Pis xəbərlərə hazır olun

Pis xəbərlərə hazır olun
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınız sizə hər hansı bir məlumat verərkən davranışınıza diqqət edin. Bu onun böyüyəndə "Superman" olmaq istəyi, məktəbdə aşağı qiymət alması, yaxud yoldaşı ilə dalaşması haqqında xəbər ola bilər. Belə məlumatlar sizin övladınızdan olan gözləntinizdən nə qədər uzaq olsa da onu günahlandırmağa, danlamağa və heç bir halda fiziki cəzalandırmağa səbəb olmamalıdır.

Bu kimi hallarla rastlaşdıqda ilk növbədə səbrli olun. Övladınızın hərəkətlərinin və istəklərinin mütləq bir səbəbi var. İlk öncə bu səbəbi aydınlaşdırmağa çalışın. Səbəbi nəzərə alaraq ona daha doğru addımları təklif edin. "Yoldaşınla niyə dalaşdın? Qələmini qırıbsa bəlkə bilmədən edib? Sən soruşdun qələmini niyə qırıb? Bir qələmə görə səncə yoldaşının və öz əhvalını korlamağa dəyər? Sən bilirsən axı qışqırıqlar və acı sözlər problemi həll etməyəcək?" kimi suallarla övladınızı öz davranışını təhlil etməyə yönləndirin.

Kəskin reaksiya göstərməyiniz övladınızı növbəti dəfə belə məlumatı sizinlə bölüşməkdən çəkindirə bilər. Odur ki, kiçik məktəblinizin həyatından ən son yenilikləri qaçırmamaq üçün doğru münasibət qurmağı öyrənin.

Qeyd : Bu məlumat 1-ci sinif üçün nəzərdə tutulub.

27.10.2015

1-ci sinif Təhsil

ŞƏRHLƏR