Dost dosta tən gərək...

Dost dosta tən gərək...
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınızın kiminlə dostluq etməsi ilə maraqlanın. Ona dostları haqında suallar verin və imkan yarandıqca dostları ilə tanış olun. 

Övladınızın sinif yoldaşları və dostlarının ailələri haqqında məlumatlı olun. O, özünə yaxın bildiyi həmyaşıdlarının ailə üzvləri ilə tez-tez ünsiyyətdə olacaq. Övladınızı neqativ təsirlərdən qorumaq üçün dostlarından və onların ailəsindən qaynaqlana biləcək təhlükələri mümkün qədər tez sezməlisiniz.

Eyni zamanda övladınıza öz hüquq və vəzifələrini öyrədin. Bununla kiçik məktəbliniz təhlükəli davranışla qarşılaşdığı zaman ata biləcəyi addımlar haqqında məlumatlı olacaq və sizə vaxtında yardım üçün müraciət edəcək.

Övladınıza izah edin ki, doğru dost seçimləri gələcək həyatlarının düzgün qurulmasında önəmli rol oynayır. Bu səbəbdən özünə dost seçərkən və özü dostluq edərkən sədaqət, hörmət, etibar kimi dəyərləri ön plana çəkmək vacibdir. 

Qeyd : Bu məlumat 3-cü sinif üçün nəzərdə tutulub.

28.10.2015

3-cü sinif Təhsil,Sağlamlıq

ŞƏRHLƏR