Körpənizin qidasında nədən imtina etməlisiniz?

Körpənizin qidasında nədən imtina etməlisiniz?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Körpənizin qidasında duzdan istifadə etməyin. Həyatının ilk ilində onun orqanizminin gündəlik duz tələbatı 1 qramdan da azdır (təxminən çay qaşığının 1/6-i qədər). Övladınız 6 ayına qədər ona lazım olan duzu ana südündən, yaxud süni qidalardan alır. 6 ayından sonra əlavə qidaya keçərkən sizin onun yeməklərində istifadə etdiyiniz məhsulların bir çoxunda duz artıq mövcuddur. Bu səbəbdən, körpənizin qidasına əlavə edəcəyiniz duz onun orqanizmi üçün artıq və gərəksiz maddədir.

Əziz balanızın inkişaf edən böyrəkləri əlavə duz yükünün öhdəsindən gəlmək iqtidarında deyil. Həmçinin, erkən yaşlarda gərək olan miqdardan çox duzun istifadə edilməsi gələcəkdə yüksək təzyiqlə bağlı xəstəliklərə yol açır. Bundan əlavə, övladınızın boyük yaşlarında duzlu yeməklərin həvəskarı olmaq ehtimalı artmış olur.

Övladınız üçün hazırladığınız yeməklər sizə dadsız gələ bilər. Bu sizin artıq duzlu və şəkərli yeməklərin dadı ilə tanışlığınızdan irəli gəlir. Körpəniz hələ duzlu yeməkləri dadmadığı üçün sizə dadsız gələn duzsuz yeməkləri o tam normal qəbul edəcək. 

 

 

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

07.11.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR