Bu məhsulları körpənizdən uzaq tutun

Bu məhsulları körpənizdən uzaq tutun
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınızın qida rasionuna yeni məhsullar əlavə edərkən ehtiyatlı olun. Körpənizin həyatının ilk ilində onu bəzi məhsulardan uzaq tutmalısınız.

Bal- nə qədər şəfalı və dadlı olsa da sizin körpənizin həzm sistemi onun öhdəsindən gəlmək iqtidarında deyil. Balın tərkibində Clostridium botulinum sporları ola bilər. Bu sporların körpənizin bağırsaqlarında inkişafı nəticəsində o uşaq botulizminə yoluxa bilər. 

Süd-övladınıza ana südü və onun əvəzinə verdiyiniz süni qidadan başqa heç bir süd təklif etməyin. Heyvan və bitki mənşəli südlərin tərkibindəki zülalı körpəniz həzm edə bilmir. Bununla yanaşı körpənizin inkişafı üçün gərəkli olan qidalı maddələr bu növ südlərin tərkibində kifayət qədər yoxdur. Heyvan və bitki mənşəli südlər körpənizin inkişafı üçün mühüm əhəmiyyətə malik olan dəmirin qana sovrulmasının qarşısını alır.

Sitrus meyvələri-tərkibində turşuluğun çox olmasına görə körpənizdə həzm problemləri və səpkilər yarada bilər. Tərkibində turşuluq çox olan digər meyvə və tərəvəz məhsulları da (məsələn:pomidor) eyni səbəbə görə körpələrə təklif edilməməlidir.

Giləmeyvələr(çiyələk, qarağat, moruq, qaragilə və s.)- tərkibindəki zülallar körpənizdə allergik reaksiyaya səbəb ola bilər.

Çuğundur, ispanaq, kahı- tərkibində nitratın miqarı çoxdur və körpənizin mədə turşusu onu parçalaya bilmir. Orqanizmdə toplanan artıq nitrat qan vasitəsilə oksigenin daşınmasını xeyli zəiflədir.

Fındıq, qoz, üzüm, kişmiş, nar giləsi və övladınız üçün boğulma təhlükəsi yarada biləcək digər məhsullar- yadınızda saxlayın ki, noxud dənəsindən böyük hər bir qida parçası körpəniz üçün boğulmaq təhlükəsi ola bilər. Bundan əlavə qoz və fındıq allergik reaksiyaya da səbəb ola bilər.

Ailə üzvləriniz arasında hər hansı bir məhsula qarşı allergik reaksiya müşahidə olunubsa o məhsulu körpənizə təklif edərkən pediatrla məsləhətləşin. Unutmayın ki, hər bir körpənin inkişafı fərqlidir və buna görə də övladınızın qida rasionunu onun fərdi xüsusiyyətləri ilə tanış olan həkimlə məsləhətləşərək planlaşdırın.

 

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

14.11.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR