Hansı məktəb daha yaxşıdır?

Hansı məktəb daha yaxşıdır?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Valideyn olaraq övladınızın təhsil aldığı məktəbin keyfiyyəti sizi maraqlandıran əsas məsələlərdən biridir. Tələbə Qəbulu üzrə Dövlət Kommissiyası tərəfindən hazırlanmış “Mənim Məktəbim” portalı qəbul imtahanlarının nəticələri əsasında hər bir məktəb haqqında məlumat əldə etmək imkanı verir.  www.mekteb.edu.az saytında Azərbaycanda fəaliyyət göstərən hər bir məktəbin təhsil göstəriciləri ilə tanış ola bilərsiniz.

Bu saytda məktəbdə oxuyan şagirdlərin qəbul imtahanlarında topladığı ballar, qəbul faizi, fərqli nəticə göstərmiş məzunlar, həmçinin ayrı-ayrı fənlər üzrə aparılmış təhlilləri nəzərdən keçirə bilərsiniz. 

Unutmayın ki, məktəbin keyfiyyəti övladınızın təhsilinə təsir edən amillərdən yalnız biridir. Ailə mühiti, ailədə təhsilə verilən dəyər, valideyn olaraq övladınızda təhsilə maraq oyatmaq kimi faktorlar övladınızın uğurunda məktəb seçiminiz qədər mühüm rol oynayır.

Qeyd : Bu məlumat 1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif üçün nəzərdə tutulub.

23.11.2015

1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif

ŞƏRHLƏR