Azərbaycanda valideynlərin 67%-i övladını ali təhsilli görmək istəyir

FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Bilirsiniz k, sizin övladınızdan gözlədiyiniz təhsil səviyyəsi onun nəticələrinə təsir edir?

Şagirdlərin oxu qabiliyyətini ölçən PİRLS-2011 tədqiqatı dünyanın 40-dan çox ölkəsində, o cümlədən Azərbaycanda da aparılmışdır. Nəticələrə görə ölkəmizdə valideynlərin yalnız 67% öz övladını ali təhsilli görmək istəyir. 27%  valideyn övladından magistratura və ya doktoranturanı bitirməsini, 40% valideyn isə hər hansı universitet təhsili almasını gözlədiyini bildirmişdir. 18% valideyn övladının XI sinfdən sonra, yaxud  daha tez yaşda təhsilini bitirməsini arzuladığını bildirmişdir.

Ümumiyyətlə Şərq ölkələrində valideynlər uşaqlarından daha yüksək təhsil nəticələri gözləyirlər. İranda 87%, Birləşmiş Ərəb Əmirliklərində 90%, Qətərdə 91%  valideyn övladının ali təhsilli olmasını arzulamışdır. Belçikada 38%, Almaniyada 29%, Hollandiyada 35%, Fransada 46% valideyn övladından ali təhsilli olmasını gözləyir.

Digər maraqlı fakt odur ki, valideynlərin yüksək gözləntiləri şagirdlərin oxu qabiliyyətinə müsbət təsir edir. Azərbaycanda valideynlərinin övladlarından magistr və ya fəlsəfə doktoru gözləntisi olan şagirdlər 479 bal,  ali təhsil alması gözlənilən şagirdlər 467 bal, sadəcə orta təhsil gözlənilən şagirdlər isə 448 bal toplayıblar. 

Övladınızla onun gələcək təhsili ilə bağlı tez-tez söhbətlər edin. Qarşısına məqsədlər qoyun. Təhsil səviyyəsi yüksək olan insanları misal göstərin. Bununla siz övladınızın təhsilə olan həvəsini artıra bilərsiniz.

Bəs sizin övladınızın təhsili barədə hansı gözləntiləriniz var?

Qeyd : Bu məlumat Məktəbəqədər (4 - 6) yaş,1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif üçün nəzərdə tutulub.

27.11.2015

Məktəbəqədər (4 - 6) yaş,1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif Təhsil

ŞƏRHLƏR