Şirin dilli balacalar

Şirin dilli balacalar
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Körpəlik dövrünü başa vurmuş övladlarınızda nəzərinizə çarpacaq ilk dəyişikliklərdən biri nitqin inkişafı olacaq. Bu dövr balacaların sözləri anlamaq və istifadə etmək qabiliyyətində sürətli inkişaf ilə səciyyələnir. Bir yaşının tamamında övladınız aydın seçilə bilən iki-üç mənalı söz istifadə edə biləcək. Bu yaş dövrünün sonuna doğru isə balacalar artıq ardıcıl qurula bilən üç-dörd sərbəst cümlə ilə ünsiyyət yaratmaq iqtidarındadırlar.

Lüğət tərkibi xeyli məhdud olan balacalarınızın bədən üzvlərinin hərəkətindən, işarələrdən bolluca istifadə etməsinə hazır olun. Hər hansı bir əşyanı istəyərkən balacanızın inadla sizə əli ilə, başı ilə işarə etməsi normaldır. Bu zaman onun hərəkətlərinə və qırıq-qırıq ifadələrinə reaksiya verməklə siz övladlarınıza özünü izah etmək üçün nitqdən istifadə etməsini stimullaşdırmış olursunuz.

Bu dövr ərzində balacanızın lüğəti 200 və daha artıq söz həcminə çatacaq və ünsiyyət prosesinə müvafiq səs tonu, üz ifadələri əlavə olunacaq.

Unutmayın ki, hər bir uşağın inkişafı individualdır və bir sıra fiziki və mühitlə bağlı faktorların təsiri nəticəsində nitqin inkişafı erkən, yaxud gec baş tuta bilər.

Qeyd : Bu məlumat Balacalar (1 - 3) yaş üçün nəzərdə tutulub.

15.09.2015

Balacalar (1 - 3) yaş

ŞƏRHLƏR