Tökdüm, dağıtdım, atdım və daha nələr...

Tökdüm, dağıtdım, atdım və daha nələr...
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Kiçik dəcəlinizin birinci ad gününü qeyd etdiniz? Hazır olun, dəcəlliyin nə olduğunu o bundan sonra sizə izah edəcək.

Dolabların, çantaların, istənilən qutuların içində nə varsa hamısını döşəmənin üzərində sizə nümayiş olunacaq. 12-14 ay arasında bu övladınızın sevimli məşğuliyyəti olacaq. Bundan əlavə o, əşyaları yerə tullamağı da öz əyləncəsinə çevirəcək. Övladınızın maraqlarını qarşılamaq üçün ona oyun üçün kifayət qədər vaxt və münasib mühit təmin etməyiniz zəruridir. Bahalı oyuncaqlara ehtiyac yoxdur; bir neçə qazan və qaşıqlar, köhnə paltarlarla dolu qutular və sizin təxəyyülünüz möcüzəli oyunlar yarada bilər.

Qeyd : Bu məlumat Balacalar (1 - 3) yaş üçün nəzərdə tutulub.

17.09.2015

Balacalar (1 - 3) yaş Təhsil

ŞƏRHLƏR