Körpənizin inkişaf edən görmə sistemi

Körpənizin inkişaf edən görmə sistemi
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Körpəniz iki aylığından etibarən uca səslərə, parlaq əşyalara, bir qədər sonra isə hərəkət edən obyektlərə reaksiya göstərəcək. İlk vaxtlar bu reaksiyalar davamsızlığı ilə seçiləcək. Onun beyninin hazırkı imkanları diqqətini obyektlərin üzərində uzun müddət saxlamağa imkan vermir.

Şirin balanız rəngləri artıq daha yaxşı seçə bilir. Lakin eyni rəngin çalarları arasında fərqi sezmək onun üçün hələ çətindir. Övladınız ağ ilə qaranı, ağ ilə qırmızını fərqləndirə bildiyi halda, mavi ilə göyü aydın seçə bilmir. Onun görməsinin bu xüsusiyyətini nəzərə alaraq onu əlvan rəngli oyuncaqlarla əyləndirin.

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

19.09.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR