Şirin yuxular

Şirin yuxular
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Bu yaş dövründə övladınızın 10-13 saat gecə yuxusuna və 1-2 saat gündüz yuxusuna ehtiyacı var. Yuxu onun sağlam inkişafı üçün vacibdir. Buna görə siz düzgün yuxu qaydası yaratmaq üzərində işləməlisiniz. Əgər siz övladı artıq bütün gecəni oyanmadan yatan azsaylı valideynlərdənsinizsə, sizi yalnız təbrik edə bilərik. Əks halda növbəti məsləhətlər şirin balanıza rahat yuxuya getməyə və yatmağa kömək edə bilər.

Yuxudan əvvəl çox aktiv oyunlardan və fəaliyyətdən qaçın. "Çox yorulsa tez və dərin yatar" fikri sizi yanıltmasın. Övladınız həddən artıq həyəcanlı və oyanıq olduğu halda sakitləşib yuxuya getməkdə çətinlik çəkə bilər.

Yatmamışdan əvvəl onu rahat edə biləcək fəaliyyətlərə üstünlük verin; məsələn, balacanızı çimizdirə bilərsiniz. Bunun ardınca yatağına uzadıb ona nağıl oxuya, yaxud sevimli oyuncağını yanına qoyub laylay oxuya bilərsiniz.

Sonda, yatmağa hazırlaşarkən hansı intizamı seçməyinizdən asılı olmayaraq buna hər gün eyni qaydada riayət edin.

 

Qeyd : Bu məlumat Balacalar (1 - 3) yaş üçün nəzərdə tutulub.

20.09.2015

Balacalar (1 - 3) yaş Sağlamlıq

ŞƏRHLƏR