Eşidin məni!

Eşidin məni!
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Uşağın anadan olduğu gündən 1 yaşa qədər olan dövrü nitqin inkişafının hazırlıq mərhələsidir. Yeni doğulmuş körpə yuxu, aclıq, ağrı, yaxud narahatlığı ifadə edən səslər çıxarır. Körpənizin çıxardığı bu səslər onun gələcək inkişafı üçün vacib amildir. Belə ki, bu zaman nitq aparatının üç bölməsinin, yəni nəfəs, səs və artikulyasiya həssaslığının və müxtəlif hərəkətlərinin inkişaf etməsi üçün şərait yaranır. 

Körpəniz eyni zamanda bu üsulla sizinlə ilkin ünsiyyətini qurur. Siz tezliklə övladınızın ağlamaq tərzindən məhz nə narahatçılığı olduğunu seçə biləcəksiniz. Yemək üçün çıxardığı səsin, əmzik, yaxud qarnında köplə bağlı səsdən necə fərqli olduğuna özünüz də heyran olacaqsınız.

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

19.09.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR