Körpənizi toxunuşunuzla sevindirin

Körpənizi toxunuşunuzla sevindirin
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Balaca möcüzəniz hələ ana bətnində olarkən anasının toxunuşlarına cavab verir, onu hiss etdiyi tərəfdə daha çox hərəkət edir. Körpəniz aydın görməyə və eşitməyə başlamamışdan əvvəl sizin toxunuşlarınızı hiss etməyi öyrənir. Bu səbəbdən övladınızı tez-tez əzizləyin, onu toxunuşlarınızla sevindirin.

Gözəl Analar, körpələrinizlə dəri kontaktı yaratmağa çalışın. Övladınızı əmizdirərkən bunun üçün gözəl şərait yaranır. Dərinizə toxunuş ona rahatlıq gətirir. Nəticədə körpəniz həyəcandan uzaq olur və daha rahat yatır. Sağlam yuxu isə körpənin inkişafının təməl daşlarındandır. 

Eyni zamanda analarda bu toxunuş nəticəsində xoşbəxtlik və həzz hormonu kimi tanınan oksitosin ifraz olunur. Bu hormon ana südünün yaranması və davamlı olması ilə də birbaşa bağlıdır. Oksitosinin ifrazı doğuşdan sonra yarana biləcək depressiya halları ilə də mübarizə aparmaqda analara kömək edir.

Siz hər hansı bir səbəbdən övladınıza ana südü verə bilmirsinizsə məyus olmayın. Körpənizin geyimini dəyişəndə onu yüngül toxunuşlarla sanki masaj edirmiş kimi əzizləyin (əlverişli otaq temperaturu olmaq şərti ilə).

Qeyd : Bu məlumat Körpələr (0 - 1) yaş üçün nəzərdə tutulub.

10.10.2015

Körpələr (0 - 1) yaş Sağlamlıq

ŞƏRHLƏR