Ay uzun saç, qara göz, ağıllı kuklam mənim...
Övladınızın cinsindən asılı olmayaraq ikinci ilinin tamamına doğru irəliləyərkən onda gəlinciklərə, yumşaq oyuncaq heyvanlara xüsusi marağın yarandığını müşahidə edəcəksiniz. Bu yamsılama tipli oyunlara qarşı artan maraqla bağlıdır. Siz balacanızın bu oyuncaqları yedirtməyə, bezini dəyişməyə cəhd etdiyini tez-tez görəcəksiniz. Bununla onlar ətrafdakıların özlərinə göstərdiyi qayğını üçüncü şəxsə yönəltməyi öyrənirlər.
Bu tipli oyunları dəstəkləyin. Özünüz də ona qoşulub oyuncağın qeydinə qalın. Bununla siz övladınıza qayğı, mərhəmət, ətrafdakılara qarşı laqeyd qalmamaq kimi mühim insani keyfiyyətləri aşılamış olacaqsınız. Belə oyunlardan istifadə edərək siz övladınızı yeni bacı, yaxud qardaşının dünyaya gəlişinə də hazırlaya bilərsiniz.
Qeyd : Bu məlumat Balacalar (1 - 3) yaş üçün nəzərdə tutulub.
10.10.2015
Balacalar (1 - 3) yaş Sağlamlıq
Oxşar mövzular
-
25 Noy
-
22 Okt
-
10 Okt
-
20 Sen
-
18 Sen
-
17 Sen
ŞƏRHLƏR