Səhvlərin səhvsiz izahı

Səhvlərin səhvsiz izahı
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınızın davranışı ilə bağlı hər hansı bir irad yaxud təklifinizi bildirərkən fikrinizi aydın ifadə edin. Nədən narazı olduğunuzu övladınızın anladığından əmin olun. Daha sonra bu seçimin sizin fikrinizcə nə ilə əvəz olunmasının daha məqsədəuyğun olduğunu ona izah edin. "Mən valideynəm, mənim dediyim şərtsiz doğrudur" yanaşmasından imtina edin. Nə üçün məhz sizin dediyinizin doğru, onun dediyinin isə səhv olduğunu əsaslandırın. 

Övladınızın tərbiyəsinə belə yanaşma ilə həm onun davranışında müsbət dəyişikliklərə daha tez nail olacaqsınız, həm də öz seçimlərində əmin, hərəkətlərinin səbəb və nəticəsinə cavabdeh olan bir şəxsiyyət yetişdirəcəksiniz.

Qeyd : Bu məlumat Məktəbəqədər (4 - 6) yaş üçün nəzərdə tutulub.

11.10.2015

Məktəbəqədər (4 - 6) yaş Təhsil,Sağlamlıq

ŞƏRHLƏR