Operativ yardımdan istifadə

Operativ yardımdan istifadə
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınıza operativ yardımdan istifadə etmək qaydalarını öyrədin. Operativ yardım almaq üçün lazım olan telefon nömrələrini ona izah edin:

  • Yanğınsöndürmə xidməti: 101
  • Polis: 102
  • Təcili tibbi yardım: 103
  • Qaz qəza xidməti- 104
  • Fövqəlada hallar xidməti: 112

Bu nömrələri vaxtaşırı övladınızdan soruşun. Eyni zamanda bu əlaqə vasitələrini evdə nəzərə çarpan yerdən yazıb asa bilərsiniz.

Əgər siz olmadığınız müddətdə evdə övladınıza digər şəxslər nəzarət edirsə, onların da təhlükəli vəziyyətdə atılacaq addımlar haqqında məlumatlı olmasından əmin olun. 

Kiçik məktəblinizə qaz və elektrik cihazları ilə ehtiyyatlı davranmasını, şübhəli şəxslərdən və yerlərdən uzaq gəzməsini, və riskli davranışlardan çəkinməsini tapşırın. Real həyatdan misallarla belə halların hansı fəsadlara gətirib çıxaracağını övladınıza izah edin.

Övladınıza bu nömrələri məsuliyyətlə istifadə etməsini tapşırın. Bu nömrələri etinasızlıqla zarafat xatirinə istifadəsinin həm qanuni, həm də mənəvi cəzasının olduğunu ona izah edin.

Qeyd : Bu məlumat 1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif üçün nəzərdə tutulub.

13.10.2015

1-ci sinif,2-ci sinif,3-cü sinif,4-cü sinif Təhsil,Sağlamlıq

ŞƏRHLƏR