Solaxaylıq- qüsur, yoxsa istedad?

Solaxaylıq- qüsur, yoxsa istedad?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Dünya əhalisinin təxminən 10%-i solaxaydır. Övladınız müxtəlif hərəkətləri icra edərkən sol əlini və ayağını işlətməyə üstünlük verirsə o da bu 10%-ə aid ola bilər. Solaxaylığı uşağın cinsi (oğlanlarda solaxaylığa daha tez-tez rast gəlinir), genetik faktorlar (hər iki valideyn solaxaydırsa övladlarının solaxay olmaq şansı 50% yüksəkdir), ana bətnində dölün inkişafı və digər amillərlə əlaqələndirirlər. 

Övladınızın sol əlini daha çox işlətməsini 18 ayından etibarən müşahidə edə bilərsiniz. Siz oyuncağı uzatdığınız zaman övladınız onu sizdən sağ əli ilə alacaq. Bu yaş dövründə uşaqlar təkcə dominant əl deyil, hər iki əldən istifadə etməyə meyl göstərirlər. Bu səbəbdən övladınızın solaxay olması 5-6 yaşında ikən dəqiqləşəcək. Övladınızın qaşığı və qələmi tutduğu əli, yaxud topu vurduğu ayağı onun üçün aparıcı tərəf olacaq.

Solaxayların sağ tərəflə işləməyə məcbur edildiyi dövr keçmişdə qaldı. Övladınıza işlək əlini dəyişməsi üçün təzyiq göstərməyin. Eyni zamanda məktəbdə, yaxud məktəbəqədər təhsil müəssisələrində onunla işləyən pedaqoqlara da bunu tapşırın. Dominant əli dəyişmək üçün edilən təzyiqlər övladınızı çaşdıra bilər. O, sol əli ilə asanlıqla gördüyü işləri sağ əli görərkən xeyli əziyyət çəkəcək, nəticə isə yenə də qənaətbəxş olmayacaq. Bu isə öz növbəsində onun özünəgüvənini zədələmiş olacaq.

Valideyn olaraq siz hər şeyin sağ ələ uyğunlaşdırıldığı dünyada solaxay övladınıza dəstək olmalısınız. Solaxaylığı ona xüsusi istedad kimi təqdim edin. Solaxay insanların daha yaradıcı oduğunu, onların bir neçə tapşırığı eyni anda yerinə yetirmək bacarığının olduğunu övladınıza izah edin. Övladınız bir sıra hərəkətləri, o cümlədən rəsm çəkməyi və yazı yazmağı digərlərindən seçiləcək. Siz onunla sol əl ilə düyün vurmağın, hərfləri birləşdirməyin fərqli üsullarını məşq edin. Bütün bunları onun "səhvini" düzəldirmiş kimi deyil, mövcud qaydalar üçün yeni yanaşmaları tədqiq etmək kimi edin.

25.10.2015

ŞƏRHLƏR