Qəlyənaltılarda gizlənən xəstəliklər

Qəlyənaltılarda gizlənən xəstəliklər
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınıza sağlam qida mədəniyyəti aşılamaqla siz onu ürək-damar sistemi xəstəlikləri, diabet, xərçəng, piylənmə və bu kimi bir sıra xəstəliklərdən qorumuş olursunuz. Məşhur tibbi jurnal Thorax-da dərc olunmuş tədqiqata görə həftədə 3 dəfə ziyanlı qəlyənaltı  və içkilər (hamburger, kartof-fri, sodalı içkilər və s.) istifadə edən 6-14 yaş arası uşaqlarda astma, rinit, ekzema kimi xəstəliklərə tutulma şansı 39%-ə qədər artır. Bu qidalara davamlı olaraq müraciət etdikdə mümkün xəstəliklərin siyahısı daha da genişlənir.

Övladlarınızın sağlam böyüməsini təmin etmək üçün bu qidaları onlardan uzaq tutun. Bunun üçün aşağıdakı qızıl qaydalara əməl edin:

  • Ziyanlı qəlyənaltıları həvəsləndirmə vasitəsi kimi istifadə etməyin. Dərslərində yaxşı qiymətin mükafatı mağaza və kafelərdən alacağınız hamburger, yaxud qutulaşdırılmış şirniyyatlar olmamalıdır;
  • Evinizdən və övladınızın nahar qutusundan sağlam qəlyənaltıları-meyvə və tərəvəzi, suyu əskik etməyin;
  • Özünüz davranışınızla övladınıza nümunə olun. Sağlam qidalanmaya üstünlük verməklə siz övladınıza doğru mesaj çatdırmış olursunuz.

Ziyanlı qəlyənaltılardan tam imtina etmək də çıxış yolu deyil. Belə ki, bu övladınızda qadağaları pozmağa daha çox qıcıq yaradacaq. Övladınıza bu növ qəlyənaltıların onun sağlamlığına vuracağı zərəri izah edib onu doğru seçim etməyə həvəsləndirin.

01.11.2015

ŞƏRHLƏR