Kitabların sayının övladınızın bilik nəticələrinə təsiri haqqında düşünmüsünüz?

Kitabların sayının övladınızın bilik nəticələrinə təsiri haqqında düşünmüsünüz?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Evdəki kitabların sayının övladınızın məktəbdə necə oxumasına təsir etməsi barədə düşünmüsünüzmü? Əslində evdəki kitablar cansız olsalarda, övladınızın təhsil nəticələrinə təsir edən əsas amillərdəndirlər. Ailədə kitaba verilən qiymət şagirdin elmə və təhsilə olan marağını artırır. Bunu şagirdlər arasında aparılmış sorğular da sübut edir.

VII sinif şagirdləri arasında aparılmış sorğu göstərir ki, Azərbaycanda təxminən 40% evdə kitabların sayı çox azdır (0-10 kitab). Təxminən 30% evdə kitabların sayı bir rəfi doldurmağa yetər (11-25 arasındadır). Bir şkafı dolduracaq qədər kitab 13% evdə, bundan da çox kitab isə 17% evdə var. Təbii ki, ailələrimizdə az kitab olan evlərin sayının bu qədər çox olması təəssüf hissi doğurur.

Valideyn.az tərəfindən son 3 gün ərzində aparılan sorğunun nəticəsinə görə isə sorğu iştirakçılarından 25%-nin evində cəmi  0-10 kitab var. Respondentlərin 9%-i kitabları ilə evdə yalnız bir rəfi doldura bilir (11-25 kitab). Valideyn.az-ın sorğusunda fikir bildirənlərin 30%-i kitablarını bir şkafa yerləşdirir (26-100). Digər 30% isə 100-dən çox, yəni iki və daha artıq şkafı doldura biləcək sayda kitaba sahibdirlər.

Maraqlı fakt ondan ibarətdir ki, evlərində kitab sayı çox olan şagirdlər həm Azərbaycan dili, həm də riyaziyyat fənni üzrə daha yüksək nəticə göstərirlər. Belə ki, evdə az sayda kitabı olan şagirdlər evdə 1 rəf kitab olan şagirdlərdən 13%, 1 şkaf kitab olan şagirdlərdən isə 26% aşağı nəticə göstərirlər.

Təbii ki, cansız kitablar şagirdləri daha yaxşı oxumağa “məcbur” etmir. Lakin kitablar ailənin təhsilə olan münasibətinin göstəricisi hesab edilir.

26.11.2015

ŞƏRHLƏR