Qadağan olunmuş şəxs adlarının siyahısı
Şəxs adlarının qoyulması ilə bağlı yeni lüğət hazırlanıb.
Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasın yeni şəxs adları lüğətini hazırlayarkən məhz bu bəndə istinad edib. Nəticədə bu lüğətdən kənarda qalmış 217 ad qeyd edilib. Bu adlarla tanış ola bilərsiniz:
Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom.
ŞƏRHLƏR