Üzgüçülük, bəlkə gimnastika? Övladınız üçün hansı dərnəyi seçməlisiniz?
Övladınızı idman, musiqi, rəsm kimi dərnəklərə yerləşdirməklə onların psixoloji sağlam böyümələrinə müsbət təsir göstərmiş olarsınız. Belə dərnəklərə cəlb olunarkən uşaqlarda öz bacarıqlarının nümayişi fonunda özünə inam hissi möhkəmlənir. Övladınızın bacarıqlarının üzə çıxması ona özünü ifadə etməsində, sosial inkişafında kömək olacaq.
Ailənizin kiçik üzvlərini hər hansı bir idman və ya musiqi növünə yönəltməzdən öncə onların istəkləri ilə maraqlanın, daha çox hansı sahəyə həvəsli olduqlarını öyrənin və buna əsasən davranın. Övladınızı sevmədiyi halda musiqi ilə məşğul olmağa məcbur etməklə onun dahi musiqiçi olacağını gözləməyin. Sizin bu prosesdə rolunuz ona müxtəlif fəaliyyət növləri haqqında məlumat vermək və məşğələlər üçün peşəkarlar tapmaqdan ibarət olmalıdır.
ŞƏRHLƏR