Övladınızın mənfi xüsusiyyətləri ilə mübarizə aparmağın yolu
Övladınız intizamsızlığı, təlimdə müvəffəqiyyət qazana bilməməyi və digər mənfi keyfiyyətləri ilə diqqəti çəkirsə onu gözdən salmaq yalnışdır. Səhvlərini davamlı olaraq övladınıza deməklə siz müsbət nəticə əldə edə bilməyəcəksiniz. Əvəzində hər addımında tərəddüd edən, özündən gözləntiləri aşağı olan, uğursuzluğa, köklənmiş bir şəxsiyyət yetişdirmiş olacaqsınız.
Kiçik balanızın mənfi keyfiyyətlərini aradan qaldırmağa siz tərbiyyədə nikbinlik prinsipini tətbiq etməklə nail ola bilərsiniz. Bu prinsipə əsasən siz övladınızın yalnışlarına deyil, doğrularına diqqəti cəlb etməlisiniz. Övladınıza etdiyi səhvi etməməyi deyil, etməli olduğu doğrunu etməyi bildirin. Məsələn, kiçik yaşlılarınıza "Divar kağızında yazma" əvəzinə "Qələmi yerinə qoy, oyuncaqlarınla oyna", məktəblilərinizə "Yoldaşınla dalaşma" əvəzinə "Yoldaşınla mehriban ol" kimi ifadələr işlətməklə siz məqsədinizə daha tez nail ola bilərsiniz.
Unutmayın ki, sizin nitqiniz, davranışınız və gözləntiləriniz nə qədər müsbət və nikbin olarsa övladınız bu istiqamətdə daha tez dəyişmiş olacaq.
ŞƏRHLƏR