Övladınız uşaq bağçasına getməyə hazırdırmı?

Övladınız uşaq bağçasına getməyə hazırdırmı?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Azyaşlı uşaqların bağçaya getməsi onların sonrakı inkişafına müsbət təsir edən əhəmiyyətli amillərdəndir. Övladınız hazır olmadan onu uşaq bağçasına göndərməyiniz bir sıra fəsadlarla nəticələnə bilər. Onun ən vacib və ilkin vərdişlərə evdə sizin köməkliyinizlə yiyələndikdən sonra bağçaya getməsi daha doğrudur.  Övladınızın bağçaya hazırlığını aşağıdakı göstəricilərlə müəyyən edə bilərsiniz:

  • hər gün eyni vaxtda yatır və oyanır, o cümlədən günorta yeməyindən sonra yatır;
  • ayaq yoluna getmək istəyini bildirir;
  • özü öz yeməyini qaşıqla yeyə bilir;
  • ona deyilən sözü başa düşür və sadə tapşırıqları yerinə yetirir;
  • siz olmadıqda digər böyüklərlə özünü rahat hiss edir, ağlamır;
  • başqa uşaqlarla və böyüklərlə ünsiyyət qura bilir, digər uşaqlarla ünsiyyətdə öz istəklərini bildirir, başqalarının oyuncaqlarını zorla əlindən almır.

Əgər övladınız bu xüsusiyyətlərə malik deyilsə onda onunla çox vaxt keçirin, gündəlik rejimə əməl edin, yeni olan yerlərə daha tez-tez gedin və yeni insanlarla tanış olun. Sizin uşaq bağçasına olan münasibətiniz də müsbət olmalıdır.

Unutmayın: Aşağı yaşlarda təhsilə verilən diqqət fərdin intellektual inkişafına və gələcək uğurlarına təsir edən ən mühüm amildir.

 

12.01.2016

ŞƏRHLƏR