Övladınızı poliqlot görmək istəyirsinizmi?
Övladınıza eyni anda bir neçə dil öyrətmək barədə düşünmüsünüzmü? Müxtəlif dilləri bilmək istər karyera, istər təhsil, istər maliyyə təminatı, istərsə də ümumi dünya görüşünə təsir edən ən vacib amillərdəndir. Övladınızın gələcəkdə bir neçə xarici dilə mükəmməl yiyələnməsi barədə düşünmüsünüzsə ilk öncə mövcud olan bir neçə yanlış təsəvvürdən əl çəkməlisiniz. Bir neçə dili eyni anda uşağa öyrətməklə bağlı aşağıdakı fikirlər xarici ədəbiyyatda səhv hesab olunur:
"Uşağa aşağı yaşda 2 və daha çox dil öyrətməklə onu çaşdırırsınız"- bu fikrin yanlış olması bir çox ikidilli ölkələrin təcrübəsinə baxarkən aydın olur. Hətta SSRİ zamanında belə bir çox insanlar həm ana dili, həm rus dilini eyni anda öyrənirdi. Üstəlik, Belçika, Kanada, İsveçrə və digər rəsmi çoxdilli ölkələrdə uşaqlar eyni anda müxtəlif dilləri öyrənirlər və çaşmırlar.
"İki dili öyrətmək olar, amma 2 dildən çox dil öyrətmək mümkün deyil"- əslində bu məsələdə bir az ehtiyatlı olmaq lazımdır. Həqiqətən də hətta 2 dili öyrənmək belə çox çətindir. Amma bu çətinlik uşaqların intellektual səviyyəsi ilə deyil, valideynlərlə bağlıdır. Valideynlər övladları üçün çoxdilli mühit (xarici dili eştmə, onu istifafə etmək imkanı, kitablar, mahnılar, valideynlərin özlərinin bu dildə danışması və s.) yarada bilirlərsə, onda bu uşaqlar üçün ele də çətin bir məsələ olmur.
"Uşaq əvvəlcə bir dili öyrənsin, sonra o biri dilləri də öyrənər"- bu fikir kökündən səhvdir. Tədqiqatlar sübut edir ki, bir dili öyrəndikdən sonra digər dilləri öyrənmək həvəsi aşağı düşür və yeni dili öyrənmək üçün daha çox ünsiyyətə ehtiyac yaranır.
"Uşaq dilləri qarışdıracaq, həm ondan olacaq, həm bundan"- doğrudur, belə qarışdırmalar və səhvlər olacaq. Lakin bu ziyan deyil, müvəqqətidir və uzun müddətdə düzələndir.
"Artıq gecdir"- həqiqətən də, xarici dillləri öyrənməyə nə qədər aşağı yaşdan başlanılarsa bir o qədər faydalıdır. Amma unutmayın, uşaqlar siz təsəvvür etdiyinizdən daha çox öyrənmək qabiliyyətinə malikdirlər.
"Poliqlot olmaq əladır, amma bu bəzi adamlara nəsib olur"- təxmini hesablamalar göstərir ki, dünya əhaləsinin 75%-i 2 və daha çox dildə danışır. Asiya və Afrika xalqlarının bir çoxları etnik dillərlə rəsmi dilləri paralel öyrənir.
Daha ətraflı məlumat almaq üçün: http://www.valideyn.az/az/article/163-usaqlara-muxtalif-dillari-neca-oyratmak-olar
ŞƏRHLƏR