Nitqi inkişaf etdirməyin sadə yolları

Nitqi inkişaf etdirməyin sadə yolları
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınızın istəyini, ilk "ana, ata" sözünü dilindən eşitməyə səbirsizlənirsiz? Elə isə vaxt itirməyin və bir neçə sadə addımla onun nitqinin inkişafına dəstək olun.

 

  • İlk növbədə övladınızla ünsiyyət üçün kifayət qədər vaxt ayırın. Gündəlik fəaliyyətinizə onu da cəlb edin. Oyuncaqlarını toplayarkən bir-bir adlarını sadalayın, mağazada olan ərzaqları ona göstərin və adını deyin və s. Bu zaman onun qığıltı ilə olsa belə münsaibətinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu hiss etdirin.  

 

  • Övladınızın söz əvəzinə işlətdiyi hər bir səsi mənalandırın və nəzərdə tutulan sözü təkrar edin. Məsələn, əgər kiçik dəcəliniz "bacı" əvəzinə hər dəfə "cı" deyirsə, siz buna "Doğrudur, o bacıdır" deyərək cavab verin.

 

  • Etdiyiniz hərəkətlərin səbəbini, prosesi və gözlənilən nəticəsini səsləndirin. Məsələn: "Aydan əllərini bulaşdırdı, gedək onun əllərini yuyaq. Bax, qızım əvvəl əllərini sabunlayır, indi isə suyun altına tutub yuyur. İndi Aydanın əlləri təmizdir. Aydan rahat oynaya bilər".

 

  • Sadə cümlələr qurun. Cümlələriniz arasında fasilə edin. Xüsusilə sual verirsinizsə övladınıza reaksiya göstərməsi üçün 10-15 saniyə vaxt verin.

 

  • Ünsiyyətə başayarkən onu adı ilə çağıraraq diqqətini özünüzə yönləndirin. Ünsiyyətin müəyyən hissəsini sakit, diqqəti yayındıracaq əlavə səs (televizor, radio və s.) olmayan mühitdə həyata keçirin.

 

  • Kiçik dəcəlinizin hər bir uğurunu birlikdə qeyd edin. Yeni sözü işlədərkən alqışlayın, sizi səsləyərkən xoş sözlə cavab verin. Bununla onu daha çox səy göstərməyə həvəsləndirmiş olacaqsınız.

Mümkün nitq gecikməsi halları haqqında məlumatlı olmaq üçün bu məqalə ilə tanış olun: http://www.valideyn.az/az/article/166-ovladim-niya-danismir

 

22.01.2016

ŞƏRHLƏR