Övladınızın dərslərdə yüksək nəticə göstərməsi üçün bunları edin
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN
Övladınızın təhsil göstəricilərini yüksəltmək istəyirsiniz? O zaman bu məsləhətlərə diqqət yetiri
Valideynlər uşaqların təhsilinə təsir edən ən mühüm insanlardır. Övladınızda öyrənməyə həvəs yaratmaq, evdə təhsil mühiti formalaşdırmaq və ona yaxşı nümunə olmaq sizin valideynlik vəzifənizdir. Bu vəzifəni nə qədər dolğun yerinə yetirsəniz övladınız bir o qədər savadlı, xoşbəxt və uğurlu olacaq. Dünyanın 65 ölkəsinin şagirdləri arasında aparılmış tədqiqata əsasən şagirdlərin yaxşı oxuması üçün valideynlər aşağıdakıları etməlidirlər:
- Aşağı yaşlardan başlayaraq övladlarınız üçün kitab oxuyun və onlarla söhbət edin;
- Uşaqlarla ictimai və sosial mövzuları müzakirə edin, öz mövqeyini formalaşdırmağı və bu mövqeyi müdafiə etməyi öyrədin;
- Evdə yeməyi birlikdə, bir masa arxasında yeyin, yemək zamanı gün ərzində baş verən hadisələr haqqında danışın;
- Məktəbdə baş verən hadisələrə maraq göstərin, övladınızın dərslərə hazır olub olmamasını daima soruşun. Onun müəllimləri ilə tez-tez söhbət edin və məktəbin təşkil etdiyi tədbirlərdə iştirak edin;
- Övladnızın müəllimindən onun daha yaxşı oxuması üçün nə edə biləcəyinizi mütəmadi soruşun;
- Övladnıza yaxşı nümunə olun – evdə kitab oxuyun, intellektual oyunlara həvəs göstərin və digər təqdirəlayiq məşğuliyyətlərlə onun diqqətini cəlb edin.
ŞƏRHLƏR