Övladımın tərbiyəsinə müdaxilələrin qarşısını necə alım?

Övladımın tərbiyəsinə müdaxilələrin qarşısını necə alım?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladınızı tərbiyəsinə digər ailə üzvlərinin davamlı müdaxiləsini hiss edirsiniz? Siz tək deyilsiniz! Tədqiqatlara görə valideynlərin 83%-i ailənin digər üzvlərinin, xüsusilə nənə və babaların övladlarının tərbiyəsinə gərəksiz müdaxiləsindən narazıdırlar.

Həyatlarının mühüm hissəsini övladlarının qayğılarına həsr etmiş nənə və babaların gözündə nəvələri yeni bahardır. Belə ki, onlar artıq qayğı çəkmədən kiçiklərin nazı ilə oynamağa tələsirlər. Lakin bu istək sizin valideynlik prinsiplərinizə ziddirsə kənara çəkilib müşahidə etməyiniz də səhv addımdır. Ailədə münasibətləri korlamadan övladınızın tərbiyəsini siz müəyyən etdiyiniz çərçivəyə qaytarmaq üçün bir neçə mühüm məqamı nəzərdə saxlayın.

  • Bu sizin övladınızdır və onun nə yeyəcəyi, hara gedəcəyi, nə ilə məşğul olacağı ilə bağlı qərarları yalnız valideynlər verə bilər.

 

  • Əgər digər ailə üzvləri də övladınızın təlim və tərbiyəsi ilə bağlı məsləhətlərinin nəzərə alınmasını istəyirlərsə bunu əsaslandırmaqlarını xahiş edin. Övladınızın dişlərini korlayacaq şəkər dolu qidaları ona vermək üçün "uşağın ürəyi istədi" səbəbi, sözsüz ki, əsaslı hesab oluna bilməz. Doğru məsləhətə isə niyə də əməl etməyəsiniz. 

 

Bunu da oxu: Övladınızın mənfi xüsusiyyətləri ilə mübarizə aparmağın yolu http://www.valideyn.az/az/article/141-ovladinizin-manfi-xususiyyatlari-ila-mubariza-aparmagin-yolu

 

  • Digər ailə üzvləri sizin səhv təqdim etdiyiniz hərəkətləri rəğbətləndirirlərsə (məsələn, söyüş söymək, cavab qaytarmaq) onlarla təklikdə danışın. Bunu niyə görə səhv hesab etdiyinizi izah edin. Övladınızın gələcəyi üçün bu davranışların nə kimi fəsadları ola biləcəyindən bəhs edin.

 

  • Nənə və babalara xatırladın ki, onlar da övladlarını tərbiyə edərkən müəyyən prinsiplərə əsaslanıblar və onlara da xoş olmazdı ki, kimsə qoyulmuş qaydaları pozsun.

 

  • Övladınızın davranışında hər hansı bir xoşagəlməz halın səbəbini digər ailə üzvlərinizdə görürsünüzsə bu məsələni onların nəzərində qabardın. Vəziyyəti izah edin və onların məsləhətini soruşun. Məsələn, əgər oğlunuz dayısı ilə baxdığı döyüş filmlərindən sonra aqressiv olursa və yoldaşları ilə tez-tez dalaşırsa bunu aradan qaldırmağın yollarını dayıdan soruşun. O sizin yerinizdə olsaydı və növbəti valideyn övladının oğlunuz tərəfindən döyülməsi xəbəri ilə ona yaxınlaşsaydı nə edəcəyi ilə maraqlanın. 

 

  • Əgər hər hansı bir halın davamlı olaraq digər ailə üzvü tərəfindən rəğbətləndirildiyini müşahidə edirsinizsə, bunun nəticələrini aradan qaldırmağı da həmin şəxsə həvalə edin. Məsələn, gecə öz yatağında yatmaq istəməyən balacanızı nənəsi hər dəfə qucağına alıb yelləyirsə bunu nənənin məsuliyyətinə çevirin. Tezliklə övladınızın artan çəkisi və dəcəlliyi qarşılığında nənə özü onu yatağında yuxulamasına təşəbbüs göstərəcək.

 

  • Sözünüzdə qəti olun. Unutmayın sizin verdiyiniz qərarlar övladınızın gələcəyi üçün vacibdir.

 

  • Sonda, siz də nə vaxtsa nənə və baba olacaqsınız və nəvələrinizi eyni şəkildə əzizləmək istəyəcəksiniz. Buna görə bəzən xırda "ərköyünlüklərə" göz yuma bilərsiniz. Məsələn, baba yeməkdən sonra nəvəsinə dondurma təklif edirsə bunu sakit qarşılayın. Lakin bu halın istisna olduğundan  "nə dadlı hədiyyədir" tipli sohbətlər əsnasında həm övladınızı, həm də babanı xəbərdar edin.

 

Bunu da oxu: Gündəlik rejim qurmağın qızıl qaydaları http://www.valideyn.az/az/article/164-gundalik-rejim-qurmagin-qizil-qaydalari

02.02.2016

ŞƏRHLƏR