Ev tapşırıqlarının yerinə yetirilməsində 5 qayda
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN
Hər bir valideyn övladının parlaq gələcəyi haqqında xəyallar qurur. Xəyal qurmaq lazım deyil. Parlaq gələcəyə uşağı hazırlamaq lazımdır. Məqsədinizin həyata keçməsi üçün ilk növbədə məktəb həyatının ilk günlərindən başlayaraq ev tapşırıqlarını vaxtı vaxtında yerinə yetirmək vərdişinə aşılamaq lazımdır.
- Birinci olaraq övladınızla birlikdə gündəlik rejim qurun. Məsələn, dərslərdən sonra istirahət (1,5-2 saat), ev tapşırıqlara başlamaq (dərsdə keçirilənlər təkrar edilir, yaxşı olar ki, dərsdə yerinə yetirilən çalışmalara birlikdə baxasınız və buraxılmış səhvlər üzərində təkrar işləyəsiniz), qaydaları öyrənmək, çalışmaları yerinə yetirmək. Bəzən sual yaranır ki, şifahi çalışmaları birinci yerinə yetirmək lazımdır yoxsa yazılı. Bu suala uşağın dərsə diqqətinin yönləndirməsindən asılı olaraq cavab vermək olar. Şagird tapşırıqların həlli zamanı diqqətini tez cəmləyirsə ilkin olaraq çətin həll olunan çalışmalar yerinə yetirilməlidir, əks halda o, ilkin olaraq şifahi və asan çalışmalar yerinə yetirilməlidir;
- Övladınız üçün iş otağı və ya iş yeri hazırlayın. Yaxşı olar ki, məktəbli dərslərini onun üçün ayrılmış yerdə, xüsusi stol arxasında yerinə yetirsin. Diqqət edin ki, pəncərədən düşən işıq soldan düşsün (uşaq solaxaydırsa – sağdan). Stol üstü lampadan istifadə məqsədəuyğundur. Gündəlik dərs cədvəli divardan asıla bilər. Lüğətlər, soraq kitabçaları əl çatan rəflərdə olmalıdır. Qaralama vərəqlər haqqında unutmayın;
- Kiçik məktəblilər bəzən vaxt anlayışını itirdikləri üçün çalışmaları həll etməyə lazımından artıq vaxt sərf edirlər. Tapşırıq həlli zamanı uşağa əvvəlcədən dəqiq vaxt verin və çalışın həmin zaman kəsiyində verilmiş tapşırıqları həll etsin. Hər fənn çalışmasından sonra uşağa 10-15 dəqiqəlik fasilə verin;
- Uşaq ev tapşırıqlarını yerinə yetirərkən ac olmamalıdır. Yeməkdən dərhal sonra da dərslərlə məşğul olmaq məqsədəuyğun sayılmır. Oxuyarkən otaq temperaturu nəzərə alınmalıdır. Çox isti və rütubətli yerdə şagird fikrini cəmləyə bilmir. Dərslərin həlli zamanı optimal otaq temperaturu 18-22 dərəcə sayılır.
- Uşaq ev tapşırıqları həll edərkən səssizliyə riaət edin. Radio və televizordan istifadə etməyin, eyni zamanda, gərəksiz əlavə səsin qarşısını mümkün qədər alın.
Bunu da oxu: Ev tapşırığı məsulyyəti: http://www.valideyn.az/az/post/48-ev-tapsirigi-masuliyyati
Hər zaman övladınıza dəstək olun. Onları aşağı qiymətlər alarkən danlamayın.Onu necə sevdiyinizi, amma bu dəfə nəticədən razı qalmadığınızı kiçik məktəblinizə bildirin.
ŞƏRHLƏR