2 yaş sindromuna necə hazırlaşım?

2 yaş sindromuna necə hazırlaşım?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Valideynlərin daha çox əziyyət çəkdiyi bir yaş dövrü uşaqların 2 yaşda olduğu vaxtdır. Bu yaş dövründə (12-36 –cı aylar arası) uşaqlar əhatələrində olanları və dünyanı kəşf etmək, özlərini ifadə etmək və hər şeyin onlara aid olduğunu göstərmək istəyərlər.

Bu dövrdə övladlarınız təkbaşına pilləkənləri qalxıb enə, barmaq uclarında gəzə, geyimlərini düymələyib aça, su qablarının qapağını açıb-bağlaya bilərlər. Bəziləri ad və soyadlarını deyə, sadə cümlə qura, “nə üçün?”, “niyə?” suallarını tez-tez səsləndirərək bəsit sözlərdən ibarət suallar verə, anlaşılmayan təkrarlar edə bilər.

Bu yaşda olan uşaqlar digər uşaqlarla oynamaq istəsə də onlarla yaxşı  ünsiyyət qura bilmir, özündən kiçik yaşlıları daha çox sevərlər. Paylaşmağı sevməz, öz-özünə danışaraq oynamağa üstünlük verərlər. Hər şeyin özünə aid olmasını istədiyi üçün ona verilənləri geri qaytarmaq istəməz. İki yaşlılar istəklərinin böyüklər tərəfindən tez yerinə yetirilməsi üçün tez əsəbiləşə, aramsız ağlaya, qışqıra bilərlər. Səbirsiz və inadkar olmaqları, iştahın zəifləməsi, istəklərini qışqıraraq ifadə etməkləri də bu yaşda olan uşaqların xarakterik xüsusiyyətlərindəndir. Valideyn olaraq bu yaş dövründə siz:

Bunları ETMƏYİN!

  • Onları pis uşaq adlandıraraq əsla cəzalandırmayın, günahlandırmayın
  • Öfkəsini əngəlləməyin
  • Uzun-uzadı izahlar verməyin
  • Qaydalar qoymayın
  • Onunla inadlaşmayın
  • Sual verməsinə mane olmayın, suallarına cavab verməyə çalışın
  • “Xeyr”, “olmaz” kəlmələrini tez –tez işlətməyin.

Bunu da oxu: Niyə? Nə üçün?: http://www.valideyn.az/az/post/102-niya-na-ucun

Bunları EDİN!

  • Diqqətini başqa yerə yönəltmək üçün onlara yardımçı olun
  • Alternativlər təklif edin
  • Övladınızın müstəqil, özünü ifadə edə biləcəyi sahələr yaradın
  • Təhlükəsizliyini təmin edərək əşyalara (obyektlərə) toxunmasına icazə verin.
  • Daxili enerjisini boşaltmaq üçün daim hərəkətli olmasına izn verin
  • Ailə ilə birlikdə zaman keçirərək onun da bu “kiçik dövlətin” vacib bir üzvü olduğunu hiss etdirin
  • Özünüzə də zaman ayırın. Sizin ruh halınızın yerində olmaması, əsəbi olmağınız ona olan münasibətlərə mənfi təsir edə bilər
  • Övladınızın yanında mübahisə etməkdən çəkinin
  • Aqressiv davranışlar nümayiş etdirdikdə ona hirslənmək əvəzinə, onu tək buraxın

Bunu da oxu: Olmazlar və olarlar arasındakı sərhəd: http://www.valideyn.az/az/post/31-quot-olmaz-quot-lar-va-quot-olar-quot-lar-arasindaki-sarhad

21.02.2016

ŞƏRHLƏR