Övladınızın televizor qarşısında keçirdiyi zamana məhdudiyyət qoyulmalıdırmı?

Övladınızın   televizor  qarşısında  keçirdiyi zamana məhdudiyyət qoyulmalıdırmı?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Valideynlərin işlərini rahat görə bilsinlər deyə övladlarını elə körpə vaxtlarından televiziya qarşısına əyləşdirmələri tez-tez müşahidə olunur. Uzun zaman televiziya qarşısında əyləşən uşaqlarda həm fiziki , həm də psixoloji baxımdan bir sıra problemlər  yaranır. Bu, uşaqların  asosiallaşmasına, ətraf mühitdən təcrid olmasına, diqqət dağınıqlığına və bir sıra  digər arzuolunmaz hallara səbəb olur.

Televiziyaya maraq. Televiziyaya marağı övladınızda siz valideynlərin yaratdığının fərqindəsinizmi?  Ağlamasın, sakit olsun, siz işlərinizi rahat görə biləsiniz deyə körpəlikdən televiziya qarşısında əyləşdirdiyiniz uşağı sonralar bu zərərli vasitədən uzaqlaşdırmaqda çətinlik çəkirsiniz.  Uşaqların 3 yaşına qədər televizor  izləməməsi daha faydalıdır.

3-7 yaş arası uşaqlarda televiziya məhdudiyyəti.   Bu yaş dövündə  uşaqların televizor qarşısında çox az vaxt əyləşmələri tövsiyyə olunur. Övladınızın gün ərzində 1 saat televizora baxmaq icazəsi varsa,  demək ki, o həmin 1 saatı fasilələrlə televiziya qarşısında keçirə bilər.

Bunu da oxu: Ekran vaxtının ziyanı nə qədər realdır?: http://www.valideyn.az/az/post/101-ekran-vaxtinin-ziyani-na-qadar-realdir

Övladınızı məlumatlandırın. Gün ərzində televiziya qarşısında ola biləcəyi müddəti övladınıza əvvəlcədən bildirin. Təyin etdiyiniz zamanı aşmamalarına diqqət edin.

Nəzarət edin. Övladınız üçün  televiziya qarşısında əyləşmə müddəti təyin etdiyiniz kimi hansı proqramları, hansı cizgi filmlərini izlədiyinə də mütləq  diqqət etməlisiniz. İlk öncə baxdığı cizgi filmi ilə siz tanış olmalısınız ki, uyğun bilmədiyiniz cizgi filmini izləməsinin qarşısını ala biləsiniz. Unutmayın ki, televiziyadakı proqramlardan uşaqlara bir çox məlumatlar ötürülür ki, onlardan övladınız üçün zərərlilərinin qarşısını almaq sizin öhdənizə düşür. Onun aqressivlik yarada biləcək, tərbiyyəsində mənfi istiqamətə, davranış pozuntularına səbəb ola biləcək veriliş və ya cizgi filmlərini izləməməsinə diqqət edin.

Yanında olun. Televiziya qarşısında əyləşən övladınızın yanında olmağınız, onunla müzakirələr etməyiniz övladınız üçün faydalı olar. İzlədiyi tv proqram haqqında sizə danışmağına şərait yaradın. Bu  övladınızın nitqinin inkişafına kömək edər.

Bunu da oxu: Övladınızın ekranlı dostlarıhttp://www.valideyn.az/az/article/36-ovladinizin-ekranli-dostlari

Yuxu saatından öncə televiziya qarşısında olmamasına nəzarət edin. Yuxu öncəsi televiziya proqramı izləyən uşaqlarda yuxuda narahatçılıq müşahidə oluna bilər.

Hər zaman övladınız üçün faydalı olanları seçin. Zərərləri ilə narahatlıqlarına səbəb ola biləcəklərin zamanında və düzgün şəkildə qarşısının alınması siz valideynlərin öhdəsinə düşür.   

 

22.02.2016

ŞƏRHLƏR