Övladımı optimist görmək istəyirəm...

Övladımı optimist görmək istəyirəm...
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Hər valideyn övladının həyatda inamla addımlamasını, hər yeni günü təbəssümlə qarşılamasını, çətin vəziyyətlərdə ruhdan düşməməsini, uğurlar qazanmasını istəyir. Bu keyfiyyətlər həyatda müdrüklük yaşına çatmış insanlara belə lazımdır.

Bəs optimistlər kimlərdir? Optimistlər “Necəsən?”sualına həmişə “Əla” cavabını verirlər. Onlar vəziyyətdən asılı olmayaraq həyatda baş verən hadisələri müsbət tərəfindən görməyi bacarırlar. Optimistlər çətinlikləri təcrübə mənbəyi kimi görürlər. Pessimistlər baş verən adi hadisədən də narazı qalır, “Bu yalnız mənim başıma gələ bilərdi” kimi sözlərlə öz əhval-ruhiyyələrini bir az da ağırlaşdırırlar. Optimistlər uğura inanırlar və uğur həmişə onları izləyir. İş fəaliyyətində optimistlərə daha çox hörmət edirlər, çünki onlar kollektivin əhvalın qaldıra bilir, vəziyyətdən cəld çıxış yolunu tapa bilirlər. İstər 10, istər 70 yaşlı optimist insan tək qalmır, ətrafındakıları maqnit kimi özünə cəlb edə bilir.

Bunu da oxu: Xoşbəxtliyin açarı: http://www.valideyn.az/az/article/98-xosbaxtliyin-acari

Bəs gülərüz, xoşbəxt, optimist uşağı necə yetişdirmək olar? İnsan optimist olaraq dünyaya gəlmir, zamanla buna nail olur. Optimistliyə velosiped sürməyi öyrənmək, xarici dili mənimsəmək kimi yiyələnmək olar. Bundan ötrü övladınıza aşılamalı olduğunuz xüsusiyyətlər bunlardır:

  • Əlçatmaz istəkləri lazımsız kimi təsəvvür etsin;
  • Qaçılmaz olanı arzuolunan kimi qəbul etsin; 
  • Özünü dəyərləndirsin və digərləri ilə müqayisə etməsin;
  • Gündəlik həyatda baş verən kiçik hadisələrə sevinməyi adətə çevirisin. Özünü kiçik sevinclərdən məhrum etməsin.

Sizin həyata optimist baxışınız, uşağınızın optimist olması deməkdir. 

Bunu da oxu: Körpənizi toxunuşunuzla sevindirin: http://www.valideyn.az/az/post/90-korpanizi-toxunusunuzla-sevindirin

24.02.2016

ŞƏRHLƏR