Övladınızı sevindərməyin ən asan yolları

Övladınızı sevindərməyin ən asan yolları
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Uşaqları sevidirməyin o qədər də çətin olmadığını siz də bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız  bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyyədə, eyni ailə mühitində böyüsə də hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyyə zamanı, onlarla  davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərəkən və s. sizin gərəyiniz olacaq.

Övladınızı sevindirin:

- Birlikdə ev işləri görün. Ev işlərini bəzən əyləncəli bir vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq onunla birgə  ev işləri görməniz onun marağına  və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar.

- Maşınınızı təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.

- Kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.

- Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna  da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.

- Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın, telefonla məşğul olmanız  və digər işlərinizi gəzinti zamanına saxlamanız övladınıza xoş olmayan hisslər bəxş edər.

- Oyunlar oynayın. Birlikdə oyunlar oynamanız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, şaşki, şahmat, puzzle yıqmaq kimi oyunlardan istifadə edə bilərsiniz.

- Birlikdə şirnilər hazırlayın. Bu zaman övladınızın bu işdə özünəməxsus rolu olduğunu hiss etdirin. “Mətbəxi çirkləndirmə”, “dayan, mən edim”  və s. kimi ifadələr əvəzinə, “Səninlə birgə iş görmək olduqca maraqlıdır”, “Mənə kömək etdiyin üçün təşəkkür edirəm”, “Şirnimiz hazır olandan sonra çirkli mətbəximizi bir yerdə təmiz edərik”, “ Sən edə bilərsən, amma diqqətli ol” ifadələri daha uğurludur.

- Kiçik belə olsa sevdiyi hədiyyələrlə övladınızı  mükafatlandırın.

Sizin qayğınız övladınız üçün hər zaman gərəklidir. Sevgiylə, qayğı və mehribanlıqla davranmanız  psixoloji sağlam övlad böyütmənizin təməli olar.

02.03.2016

ŞƏRHLƏR