Siqaretin sizin övladınıza vurduğu zərər
Hətta Siz övladınızın yanında siqaret çəkmirsinizsə, yenə də onun sağlamlığına zərər vurursunuz. Bu gün minlərlə uşağın sağlamlığı valideynlərinin savadsızlığına və məsuliyyətsizliyinə görə təhlükə ilə üz-üzə qalır. “İkinci əl” siqaret çəkmək və ya passiv siqaret çəkmək başqa adamın çəkdiyi siqaretin tüstüsünə məruz qalmaq və bu zaman zəhərli maddələri udmaqdır. Bu tüstüdə təxminən 4000-ə qədər kimyəvi maddə vardır ki, onların da 50-yə qədərinin xərcəng xəstəliyi törətməsi sübuta yetirilmişdir. Uşağınız bu və ya digər səbəbdən passiv siqaret çəkənə çevrilirsə eyni kimyəvi maddələrin təsirinə məruz qalır.
Diqqətli olmalı digər məsələ “üçüncü əl” siqaret çəkməkdir.”Üçüncü əl” siqarət çəkmək uşağınızın birbaşa tüstü deyil, amma əvvəl siqaret çəkilmiş mühitdə nəfəs alması zamanı baş verir. Siqaret çəkilən istənilən yerdə tütünün tərkibində olan zəhərli maddələr qalır və uşağınızın orqanizminə nüfuz edir.
Hamilə qadının siqaret tüstüsünə məruz qalması vaxtından əvvəl doğuş, dogulmuş uşağının çəkisin az olması, qəfil uşaq ölümü sindromu, öyrənmə problemləri, diqqət çatışmazlığı və hiperaktivliyə səbəb ola bilir. Hamilə qadınlar hamiləliyin bütün mərhələlərində tütündən uzaq durmalı və siqaret tüstüsünə məruz qalmamlıdırlar.
Uşaq doğulduqdan sonra onun siqaret tüstüsünə mərzun qalması bir sıra ciddi xəstəliklərə səbəb olur. Bu uşaqlarda digər uşaqlara nisbətdə aşağıdakı xəstəliklərə daha çox rast gəlinir:
- Qulaq infeksiyası
- Öskürək və soyuqdəymə
- Tənəffüs yolları xəstəliklər, bronxit və pnevmoniya
- Dişlərin tez çürüməsi
Valideynləri siqaret çəkən uşaqların özlərinin də böyüyəndə siqaret çəkmək ehtimalı yuxarıdır. Bundan əlavə, valideynləri siqaret çəkən uşaqların aşağıdakı xəstəliklərə məruz qalması riski daha çoxdur:
- Ağ ciyərlərin tam boyüməməsi
- Ağ ciyər xərçəngi
- Ürək xəstəlikləri
- Göz xəstəlikləri
Aşağıdakı məsləhətlərə hər bir valideynin əməl etməsi faydalıdır:
- Əgər övladınızı sevirsinizsə və onun gələcəyini sağlam görmək istəyirsinizsə siqareti bu gün atın!
- Siqaret çəkilən yerlərə mümkün dərəcədə övladınızla getməyin!
- Evdə siqaret tüstüsünü yox edin!
- Maşında siqaret çəkməyin!
- Bütün ictimai yerlərdə (Məktəbdə, mağazalarda, restoranlarda) siqaretdən azad olan mühiti təşviq edin!
Siqareti atmaq həm Sizin, həm övladınızın sağlamlığına faydalı olmaqla yanaşı ailə büdcənizə də əsaslı qənaətdir. Bir ay ərzində siqaretə xərclədiyiniz pula övladınıza bir neçə kitab ala bilərsiniz, ona xarici dil öyrədə bilərsiniz və ya başqa bir faydalı fəaliyyətə qoşa bilərsiniz. Bu barədə düşünün və sevdiklərinizi qoruyun.
ŞƏRHLƏR