Uşağınızın imuniteti zəifdir?
Valideyinlərin hamısı uşaqlarının gec-gec xəstələnməsini və imunitetlərinin möhkəm olmasını arzılayırlar. Kimyəvi tərkibli bahalı həblər isə hər zaman köməyimizə gəlmir. Uşaqların imunitetinin möhkəmlənməsi üçün bir neçə təbii vasitə təklif edirik.
Soğan, sarımsaq
Soğan, sarımsaq çox efektiv olsa da kiçik uşaqlar onları qoxusuna görə sevmir. Buna görə soğanı xırda-xırda doğrayıb şorbaya qataraq, sarımsağı isə çörəyə sürtərək uşağınızı yedizdirə bilərsiniz. Soğan və sarımsağı boşqaba yığaraq otaqlara düzə bilərsiniz. Bu vasitə ilə otaqda olan virusları məhv edəcəksiniz.
Süd məhsulları
Bifidobakteriyalarla zəngin olan qatıq və yoqurtun uşaq bağırsağına faydası böyükdür.
Qoz
Qoz, badam və fındıq uşağın imunitetini qaldırmaqla yanaşı zehninə də müsbət təsir göstərərcək.
Bal və limon
Uşağınızın alerqiyası yoxdursa imunitetinin möhkəm olmasında balın rolu əvəzsiz olacaq. Şəkər əvəzinə suya və çaya al əlavə etsəniz daha faydalı olar. İlıq suda limon şirəsi ilə balın qarışığı isə tam bir immun kokteyldir.
Təbii şirələr
Hər gün uşağınıza təbii şirə çəksəniz onu bir çox xəstəlikdən qorumuş olacaqsınız.
Otlar
İmunitetə cökə və çobanyastğı çayları gözəl təsir edir. Xüsusilə bu çaya bal əlavə etsəniz daha çox faydası olar. Bu otları çimərkən uşağın vannasına da əlavəedə bilərsiniz. Həmçinin moruq, çiyələk, qarağat kompotu uşaq üçün xeyirlidir.
Balıq yağı
Dadı bərbad olan bu yağı indi kapsulalarda istehsal edirlər. D və A vitamini ilə zəngin olan bu yağ uşaqlar üçün əla immunqaldırıcı vasitədir.
Əlləri yuyaq
Hamı bilir ki əlləri yumaq lazımdır. Lakin az adam uşağın burnunu təmiz yuyur. Məsələ burasındadır ki, burunda olan mikroblar asanlıqla daxilə düşərək virusu yaya bilirlər. Buna görə uşağınızın burnunu qışda gündə 1 dəfə duzlu dəniz suyu ilə yuyun.
İdman və hava
Uşağınızı hovuzda üzməyə alışdırın. Bu idman növü uşağın əzələlərini möhkəm edir və xəstəliyə qarşı dayanıqlı olmasını təmin edir. Bundan başqa uşağınızı hər gün 1-2 saat havada gəzdirsəniz onu xəstəliklərdən qorumuş olacaqsınız.
ŞƏRHLƏR