Gur saçlar üçün keçəl baş ?!
Körpələrin bəziləri çox gur saçlarla dünya gəlirlərsə, bəzilərində isə daha az saçlar ola bilir. Xalq arasında uşağın saçının keçəl qırxmanın saçı gurlaşdırdığına və qalınlaşdırdığına dair geniş yayılmış bir inanc vardır. Bəs bu inanc nə qədər doğrudur?
Saçın inkişafı ana bətnində başlayır. Körpənin saçlı və ya saçsız doğulması onun ana bətnində başının duruşu ilə əlaqədardır. Doğum sonrası körpələrin saçları gec uzana bilər, çünki bu mərhələdə uşağın saç folikulları hələ inkişafa başlamamışdır. Saçların keçəl qırxılması saçların daha tez uzanmasına səbəb ola bilər. Ancaq saçları keçəl qırxmasanız da müəyyən zaman içində körpənin doğumla gələn saçları demək olar ki tamam tökülüb yenisi ilə əvəzlənə bilər. Körpələrin saçlarının 4 ay müddətində tökülüb yalnız başın arxa hissəsində keçəl yerlərin olması başın yastığa sürtünməsi ilə heç bir əlaqəsi yoxdur. Bu tamamən körpənin ana qarnında yüksələn hormonlarının doğumla birlikdə düşməsi ilə bağlı olan bir vəziyyətdir və özünü bu aylarda göstərir.
İlk aylarda körpənin saçlarını kəsmək düzgün olmaz, ancaq daha sonrakı aylarda körpənin saçları uzanıb gözünə dəyirsə və körpəni narahat edirsə saçları kəsməyi düşünə bilərsiniz. Ümumilikdə ilk saç kəsimi körpənin hardasa 1 yaşlarında edilir. Körpənin saç kəsimini bu mövzuda mütəxəssis olan insanlar, uşaq saç kəsimini edən salonlarda etdirə bilərsiniz.
Saçın keçəl qırxılması saçların gurlaşmasına səbəb olurmu?
Bunun səbəbi qırxılmayla birlikdə olan müxtəlif uzunluqdakı saçların eyni anda uzanmasıdır. Bundan başqa körpənin yeni saçları daha tünd rəngdə çıxır və göz aldanması səbəbilə saçlar daha gur görünür. Bu sualı hər hansı bir mütəxəssisə, dermatoloqa, plastik cərraha və ya saçla bağlı araşdırmalar aparan bir şəxsdən soruşsanız tək bir cavab alarsınız: “tamamilə xeyr”.
Nəticə olaraq körpələrin saçlarının bir yaşından tez keçəl qırxılması saçın gurlaşmasına səbəb olmur və bunun heç bir faydası da yoxdur.
ŞƏRHLƏR