Xırıltılı öskürəklə necə mübarizə aparaq?

Xırıltılı öskürəklə necə mübarizə aparaq?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Yeni doğulan  körpələrin bir yaşına kimi tez-tez qarşılaşdıqları problemlərdən biri olan xırıltılar hər zaman ağciyər toxumasının iltihabı və ya  bronxit demək deyil. Bəzi zamanlarda keçici burun tıxanıqlığına bağlı ya da qırtlaq qığırdaqlarının yumşaq olmasından qaynaqlanan keçici boğaz xırıltıları da ola bilir.

Valideynləri çox narahat edən bu problemi valideyn.az olaraq Sizin üçün araşdırmışıq.

Xırıltının səbəbləri nələrdir?

Xırıltının səbəbi bronxlarda olan tıxanmadır. Bu səbəbdən dolayı çətinliklə burun dəliklərinə girən və çıxan hava fit səsinə bənzər bir səs çıxarmağa başlayır. Uşağınızın bu vəziyyətdə oksigen almasını artırmaq üçün daha sürətli və tez bir şəkildə nəfəs almağa başladığının görə bilərsiniz.  Valideynlər bu vəziyyəti “uşağım sanki qarnından nəfəs alan kimidir” deyərlər.

Necə müəyyən edilir?

Xırıltıyla nəfəs almaq aşağıdakılara əsasən yarana bilir:

  • Uşaqdakı nəfəs sayının artması
  • Uşağın daha çox nəfəs almaq üçün burun pərlərinin açılıb bağlanması
  • Eyni səbəbdən dolayı qabırğa əzələləri və diaqramın ətrafındakı əzələlərin dartılıb genişlənməsi
  • Daha çox nəfəs verərkən görülən xırıltının pişik mırıltısına bənzəməsi

Xırıltıya qarşı evdə nələr edə bilərik?

Uşaqlarda xırıltı ümümilikdə viruslu infeksiyalardan qaynaqlandığından yaxın təmasdan qaçmalı, evdə tez-tez əllər yuyulmalı, evi təmiz saxlamalı, siqaret tüstüsü, kimyəvi hava çirkləndiricilər olmamalı, otağın nəmi 40-45 dərəcə, istilik 22-24 dərəcə arasında olmalıdır. Maye alınmasını artırmalı, burun və boğazdakı ifrazatı təmizləmək məsləhət görülür.

Körpələrdə xırıltı görülərsə nə vaxt həkimə müraciət etməliyik?

Öskürək uşağın yuxusuna, qidalanmasına təsir göstərirsə, sürətli nəfəs alıb verirsə və temperaturu da varsa, üst-üstə öskürüb ardından qusursa, zəif başlayıb gedərək şiddətlənirsə spazmatik öskürək və ya boğuq öskürək varsa həkimə mütləq baş çəkməlisiniz.

Viruslu infeksiyadan qaynaqlanan rahatsızlıqlar keçici olduğu üçün uşaqlarda xırıltı varsa lazımlı tədbirlərin alınmasını, başqasına keçə bilmə təhlükəsinin qarşısını almaq üçün xəstəlik müddətində uşaqlar məktəbə göndərilməməlidir.

08.12.2016

ŞƏRHLƏR