Kiçik köməkçiləriniz

Kiçik köməkçiləriniz
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Övladlarınızı kiçik yaşlarından ev işlərində sizə kömək etməyə dəvət edin. Bununla siz həm övladınızın inkişafına töhfə vermiş olacaqsınız, həm də vaxtınıza xeyli qənaət edə biləcəksiniz. Övladlarınızın köməyindən düzgün istifadə etmək üçün bir neçə məqamı nəzərə almalısınız.

İlk növbədə kiçik köməkçinizin yaşına və gücünə uyğun tapşırıqlar verin. Çox asan tapşırıq ona mənasız və darıxdırıcı gələcək, çox çətinlərin qarşısında isə övladınız özünü bacarıqsız hiss edib məyus olacaq. Bunu edərkən təhlükəsizlik qaydalarını unutmayın.

Ev işlərinə əyləncə qata bilərsiniz. Övladlarınız arasında işini daha cəld yaxud daha səliqəli bitirməsi uğrunda yarışlar təşkil edin. Özünüz də onlara qoşula bilərsiniz. Şən musiqi sədaları bu prosesi daha da əyləncəli edə bilər.

Övladınıza etmək istədiyi ev işini seçmək imkanı verin. Seçdikdən sonra bu işi mütəmadi yerinə yetirməsinə nəzarət edin. Ev işini görməyi unudarsa, yaxud bundan boyun qaçırarsa səbirsizlik edib onun əvəzinə işi tamamlamağa tələsməyin. Ona boynuna götürdüyü məsuliyyəti xatırladın və bu işi bitirmədiyi üçün bütün ailəyə təsir edən nəticələri onun diqqətinə çatdırın.

Övladlarınızı ev işlərinə nə qədər erkən yaşlarından cəlb etsəniz, onlar bu fəaliyyətə bir o qədər az etiraz edəcəklər.

02.10.2015

ŞƏRHLƏR