Yol-nəqliyyat təhlükəsizliyi
Övladınızı yol-nəqliyyat təhlükəsizliyi haqqında mümkün qədər erkən məlumatlandırın. Onun bu prosesdə məsuliyyətini kiçik məktəblinizə izah edin. Piyadanın yolda hərəkəti haqqında bəzi məqamları vurğulamağınız faydalı olar:
- Yolu keçməyə hazırlaşarkən səkidə gözləmək, səkinin kənarından geride durmaq lazımdır;
- Yolu yalnız təyin olunmuş yerlərdən-yeraltı və yerüstü piyada keçidlərindən, işıqforun müvafiq göstəricisindən keçmək olar;
- Yolu keçməmişdən əvvəl maşınların hərəkət istiqamətindən asılı olmayaraq hər iki tərəfə baxmaq lazımdır;
- Yolu keçərkən diqqəti yayındıran fəaliyyətlərdən (telefondan, yaxud bənzər funksiyalı digər əşyalardan istifadə etmək, dostlarla söhbət etmək, zarafatlaşmaq və s.) imtina etmək lazımdır;
- Nəqliyyat vasitələrinin arxasında və qarşısında dayanmaq olmaz. Sürücü sizi görməyə bilər, nəticədə qəza baş verər;
- Avtomobildə oturarkən qarşı, yaxud arxa oturacaq olmasından asılı olmayaraq təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır;
- Avtomobil hərəkətdə olarkən pəncərədən boylanmaq yaxud əli çıxarmaq həyat üçün təhlükəlidir:
- İctimai nəqliyyatdan istifadə edərkən sürücünün diqqətini yayındıra biləcək hərəkətlərdən çəkinmək lazımdır;
- İctimai nəqliyyat yalnız tam dayandıqda və qapıları tam açıldıqda ona minmək yaxud düşmək olar.
Bu tövsiyyələri siz gündəlik təcrübənizdən qaynaqlanan məqamlarla zənginləşdirə bilərsiniz. Unutmayın ki, övladınızın yolda davranışı sizin nümunənizə əsaslanır. Onun məsuliyyəti anlaması üçün ilk növbədə siz yol-hərəkət qaydalarına riayət etməlisiniz. İşıqforda gözləyəcəyiniz əlavə 30 saniyə ilə siz heç yerə gecikməyəcəksiniz; əvəzində övladınız sizdən qiymətli dərs alacaq.
Qeyd: Yazıda Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin tövsiyyələrindən istifadə olunmuşdur.http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=1968
ŞƏRHLƏR