Bakının bəzi təhsil müəssisələində dərslərın vaxtında dəyişiklik edilib

Bakının bəzi təhsil müəssisələində dərslərın vaxtında dəyişiklik edilib
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün iş qrafiklərində dəyişikliklər edilib.

APA-nın məlumatına görə, Azərbaycan Texniki Universitetində yeni tədris ilində dərslər öncəki tədris illərində olduğundan fərqli olaraq 8:30-da deyil, saat 9:00-da başlayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində də yeni iş qrafiki müəyyənləşib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün isə saat 13:45-də başlayırdısa, bu il birinci növbələr dərslərini saat 9:00 da, ikinci növbələr isə saat 14:00-da başlayacaq. 

Bakının mərkəzində yerləşən orta məktəblərin iş qrafikində də dəyişikliklər gözlənilir. Bu məktəblərdən biri, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.

15.09.2015

ŞƏRHLƏR