Övladımla oyunlara hansı yaşdan başlayım?

Övladımla oyunlara hansı yaşdan başlayım?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Körpəlik dövründə uşaqlarda oyun vərdişinin yaradılması önəmli bir məqamdır. Oyunlar körpənizin yenilikləri öyrənməsinə, sosial əlaqələr qurmasına, psixoloji inkişafına şərait yaradır.

Körpənizi oyunlara alışdırmaq üçün:

  • Körpənizə müxtəlif əşyalar göstərərək adlarını deyin. Birlikdə oyuncaqlara toxunun və sərbəst toxunması üçün yardımçı olun.
  • Körpənizin çıxardığı səsləri təqlid edin. Bu onların çox xoşuna gələcək. Xüsusilə də sizin bəyənməyiniz və onu təqlid etməyiniz övladınız üçün  stimul olacaq. Bu həm də körpənizdə oyun vasitəsilə nitqin inkişafına səbəb olacaq.
  • Körpənizə top atın və onun toxunmasına kömək edin. Bu hərəkəti onun da etməsinə yardımçı olun.
  • Körpənizi qucağınıza alaraq və ya əllərinə toxunaraq mahnı oxuyun.
  • Körpənizin zehni və fiziki inkişafı üçün onun bir əşya ilə digərinə təsir edə biləcəyi oyunlar qurun. Bu oyunu uğurla etdiyi zaman rəğbətləndirin.

Körpəlik dövründə bu kimi qeydlərə əməl etməklə övladınızda oyun vərdişi yaratmış olursunuz. Daha sonrakı mərhələdə isə uşaqlara oyuncaqlar alarkən inkişafetdirici olmasına diqqət edin.

Bunu da oxu: Ay uzun saç, qara göz, ağıllı kuklam mənim: http://www.valideyn.az/az/post/91-ay-uzun-sac-qara-goz-agilli-kuklam-manim

     Uşaqlara oyuncaq seçərkən nəzarət etməli olduğunuz məqamlar:

  • Övladınız üçün oyuncaq alarkən üzərində qeyd olunmuş yaş həddinə diqqət edin.
  • Oyuncağın keyfiyyətli olması  önəmlidir.
  • Oyuncaqların əlvan rəngli olması onlara marağı daha da artıracaq.
  • Övladınızda təfəkkür və təxəyyülü inkişaf etdirən oyuncaqların seçilməsi daha məqsədəuyğundur. Məsələn, kublar (uşağın tikməsi, qurması üçün ), heyvan fiqurları dəsti, peşəni təmsil edən alətlər (məs: həkim dəsti) və s. kimi oyuncaqlar.

Oyun zamanı:

  • Oyun dəstlərini digər yoldaşları ilə paylaşmasına şərait yaradın.
  • Oyun zamanı uşaqlara sərbəstlik verin , istədiyi oyunu istədiyi cür qurmasına icazə verin.
  • Oyunlarına siz də qoşulun.
  • Oyun oynarkən kənardan övladınızı izləməyiniz onun barədə bilmədiyiniz bir çox məqamları  aşkarlamağınıza kömək edər.

Bunu da oxu: Oyuncaq seçərkən nəyi nəzərə almalısınız?: http://www.valideyn.az/az/post/103-oyuncaq-secarkan-nayi-nazara-almalisiniz

08.02.2016

ŞƏRHLƏR