Autizm haqqında nəyi bilməlisiniz?

Autizm haqqında nəyi bilməlisiniz?
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN

Autizm deyərkən övladınızın inkişafının  bir sıra əsas sahələrinə (nitq, ünsiyyət, düşünmə və davranışda ləngimə) təsir edən, erkən yaş dövründə başlayan və onun həyat keyfiyyətini əsaslı şəkildə dəyişən xəstəliklər spektrı nəzərdə tutulur. Bunun dəqiq səbəbi elmə məlum olmasa da, mütəxəssilərə görə autizmin erkən aşkarlanması aparılacaq müalicənin və nəticələrin effektivliyini təmin edən əsas amildir. Autizmə xas olan əlamətləri valideynlər artıq  1 yaş  8aylıq, 2 yaşdan etibarən sezməyə başlayırlar.

Bunu da oxu:  Disleksiya haqqında bildikləriniz və bilmədikləriniz: http://www.valideyn.az/az/post/132-disleksiya-haqqinda-bildiklariniz-va-bilmadilkariniz

Övladınızda aşağıda göstərilən əlamətləri müşahidə edirsinizsə mütəxəssisə müraciət etmək haqqında ciddi düşünməyə dəyər:

-əşyaları gözü ilə izləmir;

-barmağınızla ona nəyisə işarə edib göstərəndə o istiqamətə baxmır;

-saatlarla eyni fəaliyyətlə məşğul olur;

-xahiş və iradları eşitmir və qəbul etmir;

-ünsiyyət qurmaqda çətinlik çəkir;

-diqqətinizi özünə cəlb etmək üçün səsiniz çıxarmır;

-digər insanlarla ünsiyyətdən qaçır;

-üzünə gülərkən gülüşlə cavab vermir;

-ətrafda baş verənlərə reaksiya vermir və ya lənglik göstərir;

-tanış səslərə, yaxud öz adına cavab vermir;

-göz kontaktından yayınır (məsələn, siz ona yemək verərkən, yaxud onunla oynayarkən gözlərini sizdən qaçırırsa);

-ətrafdakı böyüklərin hərəkətlərini təkrar etməyə cəhd göstərmir;

-əzizlənməyə biganə qalır.

Bunu da oxu: Övladım niyə danışmır?: http://www.valideyn.az/az/article/166-ovladim-niya-danismir

Övladınızı ən yaxşı siz- valideynlər tanıyırsınız. Əgər övladınızın inkişafı və davranışı ilə bağlı hər hansı bir narahatçılığınız varsa dərhal mütəxəssisə müraciət etməlisiniz. Ətrafdakıların "səbr et, düzələr" kimi təsəllilərinə qulaq asdığınız təqdirdə, övladınız üçün çox dəyəyrli olan vaxtı itirəcəksiniz.

Autizm hökm deyil! Vaxtında edilmiş mütəxəssis müdaxiləsi nəticəsində sizin övladınız cəmiyyətin tam hüquqlu üzvünə çevriləcək. Bu yolda onun ailəsinin və yaxınlarının dəstəyi ən vacib amillərdən biridir.

15.02.2016

ŞƏRHLƏR