Bu səbəblərə görə uşağı danlamaq olmaz
FACEBOOK SƏHİFƏMİZİ BƏYƏNİN
Övladınızı bu səbəblərə görə danlamaq doğru deyil:
- Uşaq bilmədən hansısa xəta törədərsə (nəyisə sındırırsa, suyu yerə tökərsə və s.): Övladınızdan səliqəli, diqqətli olmasını tələb edə bilərsinizç lakin fikri çox yayındığı üçün onu tənbeh etsəniz heç də həmişə istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Uşaqlar bu mühazirələri sadəcə başa düşmürlər. Danlanmaqdan qorxduqları üçün çox hadisələri gizlədir, yalan danışmağa başlayırlar. Unutmaq lazım deyil ki, uşaqlar ətraf mühiti yeni öyrənirlər və hər “düzgün” sayılmayan işin “nəticəsi” ilə tanış olmalıdırlar. Məsələn, uşaq dəfələrlə şalvarını diqqətsizlikdən cırırsa, deməli özü şalvarını tikməlidir və bir müddət yamaqlı şalvarla gəzməlidir (çünki hələ yeni şalvar almağı planlaşdırmırsız). Bir müddət estetik gözəlliyə fikir verməyin. Uşaqlara başa salın ki, istədiyimiz vaxt istədiyimiz əşyanı əldə edə bilmərik.
Bunu da oxu: Valideynlər üçün qızıl məsləhətlər: http://www.valideyn.az/az/article/172-valideynlar-ucun-qizil-maslahatlar
- Övladınız çox çalışsa da, nəticə əldə edə bilmirsə: Əgər övladınız nə isə əldə etmək üçün çalışırsa, amma təcrübə azlığından və ya diqqətsizlikdən işi sonuna çatdıra bilmirsə, uşağı danlamayın. Yüz faizlik nəticə tələb etmək olar, amma psixoloqlar bunu məsləhət görmürlər. Özünüzü düşünün. Hansısa səhvi edərkən danlanmaqdan xoşunuz gəlir, yoxsa dəstəkdən?! Əlbəttə, səhvlərimiz üzərində işləməliyik. Bunun üçün də çox vaxt mənəvi dəstəyə ehtiyacımız olur. Eləcə də uşaqlarınızın da səhvləri zamanı sizin dəstəyinizə ehtiyacı olur. Sözlərlə uşaqda özünə inam yaradın! Məsələn, “Baş insana fikirləşmək üçün verilib” deməkdənsə, “Məsələni daha diqqətli oxusan, həll edə bilərsən” deyin.
Bunu da oxu: Övladımın tərbiyəsinə müdaxilələrin qarşısını necə alım?: http://www.valideyn.az/az/article/173-ovladimin-tarbiyasina-mudaxilalarin-qarsisini-neca-alim
- Uşaqlar bizim pozduğumuz qaydaları pozarsa: Əgər qaydalar varsa, buna hamı tabe olmalıdır. Böyüklərin qaydaları pozma hüqüqları yoxdur. Çünki uşaqlar böyüklərin hərəkətlərini təkrar edirlər.
Uşaqdan intizam tələb etməyin. Özünüzdən nizam tələb edin!
ŞƏRHLƏR